İnsanlara hürriyət, millətlərə istiqlal!

Çin Pakistana verdiyi 2 milyardlıq kreditin qaytarılma müddətini uzadıb

607 28.02.2024 22:16 Dünya A A

Çin Pakistana verdiyi 2 milyard dollar məbləğində kreditin müddətini uzatmağa razılaşıb.

Bu barədə çərşənbə günü “Geo TV” İslam Respublikasının Maliyyə Nazirliyinə istinadən məlumat yayıb.

TV-nin yaydığı məlumata görə, 2024-cü ilin yanvarında Pakistanın Baş naziri Ənvar-ul-Haq Kakar Çinin Dövlət Şurasının Baş naziri Li Çianqa məktub göndərərək, müddəti 2024-cü ilin martında başa çatan kreditin 2025-ci ilə qədər uzadılmasını istəyib. Telekanal qeyd edir ki, kreditin uzadılması hazırda valyuta ehtiyatları təxminən 8 milyard dollar təşkil edən Pakistan Mərkəzi Bankının vəziyyətini yüngülləşdirəcək.

Qeyd edək ki, Pakistan Çinin “Bir kəmər, bir yol” tələsinə düşən ölkələrdən biridir. Pekin ehtiyaclı vaxtında İslamabada yüksək faizlə kredit verərək, ölkəni özündən asılı vəziyyətə salıb. İndi vaxtı uzadılan kredit Pakistanın Çindən aldığı vəsaitlərin bir hissədir və illik 7,1 faizlə verilib.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR