İnsanlara hürriyət, millətlərə istiqlal!

Çin 300 milyard dollara görün NƏ TİKİR

1823 09.06.2026 14:45 Dünya A A

Çin rəhbərliyi ölkə boyu məlumatların işlənməsi mərkəzlərinin (data mərkəzlərinin) tikintisinə beş il ərzində təxminən 2 trilyon yuan (yaxud 295 milyard dollar) vəsait yönəltməyi planlaşdırır.

Musavat.com xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi öz etibarlı mənbələrinə istinadən məlumat yayıb.

Agentliyin həmsöhbətlərinin sözlərinə görə, ölkənin Milli İnkişaf və İslahat Komissiyası da daxil olmaqla, əsas dövlət qurumları ölkə daxilində bir-biri ilə əlaqəli fəaliyyət göstərəcək vahid hesablama mərkəzləri şəbəkəsinin yaradılması planını hazırlayır.

Layihə çərçivəsində məlumat mərkəzlərinin əsas hissəsinin idarə edilməsi və onların rabitə təminatı Çinin "China Mobile" və "China Telecom" kimi nəhəng dövlət şirkətlərinə həvalə olunacaq.

"Bloomberg"in yaydığı məlumatda həmçinin qeyd olunur ki, süni intellekt çipləri və bu qəbildən olan yüksək texnologiyaların tədarükündə 80% yerli istehsalçılara, xüsusilə də "Huawei Technologies" şirkətinə üstünlük veriləcək. Bu strateji addımın ABŞ-nin "Nvidia" və "Advanced Micro Devices" (AMD) kimi texnologiya nəhənglərini Çin bazarından sıxışdırıb çıxaracağı gözlənilir.

Bununla belə, mənbələr layihənin hazırda müzakirə mərhələsində olduğunu və bəzi detalların dəyişə biləcəyini vurğulayıblar.

Xatırladaq ki, cari ilin yanvar ayında "Reuters" agentliyi Çinin süni intellekt üçün kosmosda data mərkəzləri yerləşdirməyi planlaşdırdığı barədə məlumat yaymışdı. Ölkənin aparıcı dövlət kosmik podratçısı olan "China Aerospace Science and Technology Corporation" da orbitdə məlumatların işlənməsi üçün infrastrukturun yaradılmasını özünün növbəti beşillik inkişaf planına daxil edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR