İnsanlara hürriyət, millətlərə istiqlal!

Çin kosmik təyyarəsi ABŞ üzərində naməlum radio siqnalları ötürür

262 21.12.2023 13:23 Dünya A A

Çinin keçən həftə orbitə çıxardığı kosmik təyyarə ABŞ-ın qərb sahili üzərində uçarkən Yerə ötürülən siqnalları gücləndirib.

Musavat.com xarici agentliklərə istinaədn xəbər verir ki, bu barədə Honq-Konqun “South China Morning Post” qəzeti məlumat yayıb.

Kanadalı tədqiqatçı Skott Tilli qəzetə verdiyi müsahibəsində kosmik təyyarədən 2280 MHz tezliyində çıxan siqnalları aşkarlaya bildiyini söyləyib.

"Ola bilsin ki, həmin siqnallar Şimali Amerikanın qərb sahilində və ya sahildən kənarda gizli şəkildə yerləşdirilən gəmiyə ötürülür”, - deyə, o söyləyib.

Tillinin sözlərinə görə, kosmik aparatın buraxılışından sonra Yerin aşağı orbitində altı yeni obyekt peyda olub. Onlar, ehtimal ki, kosmik gəmidən buraxılan peyklər ola bilər. Məhz bu aparatlar radio siqnalların ötürülməsində iştirak edir.

Bu, artıq Çin həmin kosmik təyyarəsinin üçüncü missiyadır. Onun ilk uçuşu 4 sentyabr 2020-ci ildə baş tutub - bir gün sonra cihaz Yerə qayıdıb. O, 2022-ci il avqustun 4-də gəmi ikinci dəfə orbitə buraxılıb və 9 ay orbitdə qalaraq 8 may 2023-cü ildə yerə enib. “South China Morning Post”un qeyd etdiyi kimi, hər uçuşu zamanı kosmik təyyarə orbitə naməlum obyektlər buraxıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR