İtaliyanın Milan şəhərinin alimi Çin dövlət televiziyalarında hazırda bol-bol təbliğ edilən, xəstəliyin guya ilk dəfə Avropada meydana gəlməsi fikrinə qarşı çıxıb.
Musavat.com xarici agentliklərə isitnadən xəbər verir ki, “Daily Mail” qəzetinə danışan, Mario Neqri adına Farmakoloji araşdırmalar institutunun professoru Cüzeppe Remutsi ilk vaqiənn məhz Çinin Uhan şəhərndə peyda olduğuna dair heç bir şübhə yer qalmadığını söyləyib. O, İtaliyaya xəstəliyin daha öncələr virusa yoluxan bir çinli ilə təmas edən Almaniya vətəndaşı tərəfindən gətirildiyini söyləyb. Özü də bu, Çinin hələ epidemiyanı rəsmi şəkildə elan etməsindən öncə baş verib.
İtalyan alimin fikrincə, Çin səhiyyə işçiləri həmin vaxt yeni virusun keyfiyyəti, onun heç bir simptom olmadan daşıyıcıda uzun müddət qalması xüsusiyyəti barədə ətraflı təsəvvürə malik olmayıblar.
Qeyd olunur ki, məhz C.Remutsi bir müddət öncə İtaliyada ötən ilin noyabr və dekabr aylarında həkimlər tərəfindən pnevmoniyanın qəribə və olduqca ağır şəkldə inkişaf etməsi haqqında hesabatlar verdiyini söyləymişdi. Onun sözlərinə görə, bu, onu göstərir ki, koronavirus Lombardiyada hələ Çində epidemiyanın partlamasından öncə dövr edirmiş.
Çinin təbliğat maşınları italyan ekspertin bu sözlərini fürsətə çevirərək koronavirusun qaynağının Çin deyil, məhz İtaliya olduğu barədə materiallar yaymağa başlayıblar.
Lakin Cüzeppe Remutsi həmin fikrini olduqca az həkimin söylədiklərinə istinadən bildirdiyini və bunun elmi dəlilinin olmadığını deyib.
Dünya medyasında və sosial şəbəkələrdə isə İtaliyada epidemiyanın tüğyan etməsində Çempionalar Liqasının oyunları əsas səbəblərdən biri olaraq göstərilir. Belə ki, mart ayının 10-da Berqamo şəhərinin “Atalanta” və İspaniyanın “Valensiya” klubları arasında keçirilən və Milan şəhərinin “San-Siro” stadionunda baş tutan oyunda bir çox insanın infeksiyaya məruz qaldığı iddia olunur. Berqamo şəhərinin meri Corcio Qori həmin oyunu “bioloji bomba” adlandırıb. Xatırladaq ki, məhz Berqamo şəhəri indi İtalyada koronavirusun episentri sayılır.
Musavat.com






