Çində hökumətin koronavirus barədə gizlətdiyi informasiyaları internet saytında dərc edən Çen Mey və Çai Vey adlı iki nəfər polis tərəfindən saxlanılıb.
Avropa.info xəbər verir ki, AFP və "Reuters" xəbər Çenin qardaşına istinadən yayıblar. İnsan Haqları Monitorinqi Təşkilatı həbs olunan iki fəalı azad etməsi üçün Çin hökumətinə çağırış edib.
İstifadəçilər "Terminus 2049" adlı internet sayta koronavirusla bağlı hökumətin senzura tətbiq etdiyi sənədləri yükləyir.
Çainin rəfiqəsinin də saxlanıldığı bildirilir, lakin onun internet saytı ilə əlaqəsinin olub-olmadığı məlum deyil.






