Çin İranla ticarət üçün 400 milyard dollarlıq kredit xəttini işə salıb.
Axar.az xəbər verir ki, bunu Tehran Ticarət Palatasının Pul və Kapital Bazarı Komissiyasının sədri Farial Mostofi deyib.
“İran və Çin arasında 400 milyard dollarlıq kredit xətti işləməyə başlayıb. Kredit xətti Çin investorlarına İranda hansısa tender olmadan layihələr gerçəkləşdirməsinə imkan verəcək”, – deyə o bildirib.