İnsanlara hürriyət, millətlərə istiqlal!

Çin iqtisadiyyatına birbaşa xarici investisiyalar kəskin AZALIB

459 24.05.2024 18:12 Dünya A A

Bu ilin yanvar-aprel aylarında Çin iqtisadiyyatına birbaşa xarici investisiyaların həcmi illik müqayisədə 27,9 faiz azalaraq 360,2 milyard yuan (49,7 milyard dollar) təşkil edib.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı Çin Ticarət Nazirliyi açıqlayıb.

Məlumata görə, aprel ayında birbaşa xarici investisiyaların həcmi 58,5 milyard yuan olub ki, bu da noyabr ayından bəri ən aşağı səviyyədir. Göstərici il ərzində 36 faiz, ay ərzində isə 32 faiz azalıb.

Yanvar-aprel aylarında ümumi investisiyaların təxminən 12,7 faizi Çinin yüksək texnologiyalar sektorunun payına düşüb.

Xatırladaq ki, 2023-cü ilin sonunda Çin iqtisadiyyatına birbaşa investisiyaların həcmi 8 faiz azalaraq 1,13 trilyon yuan təşkil edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR