İnsanlara hürriyət, millətlərə istiqlal!

"Çin haqda iddialar vaksinlərə kölgə salmaq niyyəti daşıyır" - politoloq

799 19.01.2021 00:05 Gündəm A A

ABŞ-ın dövlət katibi Mayk Pompeo koronavirusun Çinin dövlət laboratoriyalarından çıxmasını iddia edən informasiyanı paylaşıb. Pompeonun sözlərinə görə, hələ 2019-cu ilin yayında Uhanın Virusologiya İnstitutunun bir neçə əməkdaşı koronavirusa oxşar nəyə isə yoluxub. Həmçinin dövlət katibi bildirib ki, yarasaların RaTG13 koronavirusu SARS-COV-19-la 96% eynidir.

ABŞ-ın dövlət katibinin bu kimi fikirləri daha əvvəllər də iddia olunub. Bəs görəsən, M.Pompeonun bu barədə indi fikir bildirməsi nə ilə bağlıdır? Hazırda dünyada vaksinlərin tətbiq edildiyi dönəmdə ABŞ rəsmisi nəyə eyham vurur?

"Yeni Müsavat"a danışan politoloq Azad Məsiyev mövzu ilə bağlı fikirlərini bildirib: "Koronavirus epidemiyası yayılanda öncə Çin dövləti özü etiraf etdi ki, virus oradan yayılıb. Bununla əlaqədar dünyada mübarizə başlandı. Vaksinin əldə edilməsi üçün tədbirlərə start verildi. Bundan sonra ABŞ və onunla müttəfiq olan Avropa ölkələri bununla əlaqədar olaraq Çin dövlətinə sanksiya tətbiq etmək barəsində açıqlamalar verdi. Virusun siyasi məqsədlər üçün istifadə edilməsi qəbuledilməzdir. İstər bilərəkdən yaradılmış virus olsun, istərsə də laboratoriyada yaradılmış olsun, faktiki olaraq bu virus dünyada böyük, qlobal problem yaratmaqdadır. Faktiki olaraq Çin və Almaniya bu virusa qarşı vaksin əldə ediblər.

Hər iki ölkənin diaspora təşkilatları arasında baş verənlər pisxoloji  müharibədir"

Azad Məsiyev

Bu vaksinlər Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən də təsdiqlənib. Artıq Çin dövləti bu virusla mübarizədə yoluxma sayını minimum həddə çatdırıb. Vaksinin də təsiri təxminən 95-96 faiz effekt verib. İndi də ABŞ-ın dövlət məmurları virusu gündəmə gətirirsə, demək ki, müəyyən siyasi məqsədlər güdülür. Artıq Çinin istehsal etdiyi vaksinləri dünyanın bir çox dövlətləri sifariş verməkdədir. O cümlədən, Azərbaycan, qardaş Türkiyə də bu vaksini əldə etmək üçün müqavilələr bağlayıb. Bu vaksinə də kölgə salmaq istəyirlər. Bu yolverilməzdir. İstənilən halda Çinin əldə etdiyi uğurları, virusla əlaqəli apardığı mübarizəni qiymətləndirmək lazımdır. Təəssüflər olsun ki, bu gün dünya siyasətində Amerika Çini özünə rəqib, düşmən hesab edir. Bu da həmin nifrətin tərkib hissəsidir".

Azər Nağıyev - Hepatoloq, İnfeksionist

Azər Nağıyev 

Hepatoloq-infeksionist Azər Nağıyev isə insanları bu kimi təxribatlara uymamağa çağırıb: "Peyvənd vurulmalıdır. Çünki xəstəliyin qarşısı yalnız bu şəkildə alınır. Çinin vaksinlərini dəstəkləyirəm. Türkiyə də vaksinlərlə bağlı tədqiqatların nəticəsini elan etdi. Məhdud sayda xəstədə 91.3 faiz nəticə verib. Koronavirus bitməlidir, insanlar əvvəlki həyatlarına qayıtmalıdırlar. İşə çıxmalıdırlar. Bu virus da ilk olaraq Çində olub, tədqiqatı da aparıblar. Ən etibarlı vaksinlər də onlarındı".

İnfeksionist virusun yeni mutasiya olunan formasının  yayılma mexanizmi daha sürətli baş verdiyini deyib:"Odur ki, bu virus daha təhlükəli hesab oluna bilər. Bununla əlaqədar olaraq artıq Ümumdünya Səhiyyə Təşkilatı və dünyanın bir sıra aparıcı ölkələri həyəcan təbili çalmağa başlayıb. Yəqin ki, bu ştamma qarşı da əlavə işlər görmək lazım olacaq. Amma COVID-19-la bağlı mübarizə üsulları köhnə qaydada qalır".

Afaq MİRAYİQ,
"Yeni Müsavat"

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR