İnsanlara hürriyət, millətlərə istiqlal!

Çin Fransa polisi tərəfindən öldürülən vətəndaşı ilə bağlı bu ölkədən izahat tələb edib

523 28.03.2017 19:01 Dünya A A

Çin bir vətəndaşının Parisdə polis tərəfindən güllələnərək öldürülməsi ilə bağlı Fransadan izahat tələb edib.

AZƏRTAC Reuters agentliyinə istinadla bildirir ki, Fransa polisi hadisə ilə bağlı ciddi araşdırmalara başlayıb.

Qeyd edək ki, martın 26-da 56 yaşlı çinli öz ailəsinin gözü qarşısında polis tərəfindən öldürülüb. Təhlükəsizlik qüvvələri onun polisə hücum etdiyi üçün zərərsizləşdirildiyini bildirsələr də, öldürülən şəxsin yaxınları və hadisə şahidləri bunu inkar ediblər.

Hadisə ilə bağlı Çinin xarici işlər naziri və Fransanın bu ölkədəki səfiri arasında telefon danışığı olub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR