İnsanlara hürriyət, millətlərə istiqlal!

Çin ABŞ-ın 11 fiziki və hüquqi şəxsinə sanksiya tətbiq etdi

638 12.07.2024 22:21 Dünya A A

Çin hökuməti ABŞ-dan olan 11 şəxs və şirkətə qarşı sanksiya tətbiq edib.

Musavat.com xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda nazirlik bildirir ki, bu addım Vaşinqtonun Tayvan hakimiyyətinə silah satmasına cavab olaraq atılıb: “Birləşmiş Ştatlar bu yaxınlarda Çinin Tayvan bölgəsinə növbəti silah satışını elan edib. Çin ABŞ hərbi şirkətlərinə və onların rəhbərliyinə qarşı cavab tədbirləri görməyə qərar verdi”.

Sanksiyalar, xüsusilə, Anduril Industries, Maritime Tactical Systems, Pacific Rim Defence, AEVEX Aerospace, LKD Aerospace və Summit Technologies Inc. Amerikalı müdafiə podratçısı AeroVironment-in rəhbəri və icraçı direktoru Vahid Navabi, Anduril-in baş direktoru Brayan Şimpf və bu şirkətlərin daha üç yüksək vəzifəli əməkdaşına qarşı tətbiq edilib.

Məhdudlaşdırıcı tədbirlərə aktivlərin dondurulması və HonqKonq və Makao da daxil olmaqla Çinə səyahət qadağası daxildir.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR