İnsanlara hürriyət, millətlərə istiqlal!

Çin ABŞ-a qarşı sərt addımlar atdı: Ticarət müharibəsi yeni mərhələyə keçdi

513 04.04.2025 15:10 Dünya A A

Çin ABŞ-ın tətbiq etdiyi qarşılıqlı gömrük tariflərinə cavab olaraq Ümumdünya Ticarət Təşkilatına qarşı bir iddia qaldırıb.

Musavat.com xəbər verir ki, bununla yanaşı, Çinin Ticarət Nazirliyi ABŞ-dan olan şirkətlərə qarşı yeni məhdudiyyətlər tətbiq edib.

Çinin yeni qərarına əsasən:

11 ABŞ şirkəti Tayvanla hərbi əməkdaşlıq etdiyi üçün etibarsız subyektlər siyahısına daxil edilib. 16 ABŞ şirkəti isə eksport nəzarəti siyahısına salınıb və bu, ikiqat məqsədli malların Çin bazarına daxil olmasını izləmək məqsədini daşıyır.

Bu addımlar Çin və ABŞ arasında ticarət münaqişəsinin yeni mərhələyə qədəm qoyduğunu göstərir və iqtisadi gərginliyin artmasına səbəb ola bilər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR