Dünyaca məşhur simalar Prezident Donald Trampa qarşı kampaniya aparmaqda davam edirlər.
Musavat.com bildirir ki, bu dəfə məşur aktyor Cim Kerri öz Tvitter hesabında Trampın karikaturasını çəkib, onu “Qatil təlxək” adlandırıb:
“O, həqiqəti öldürmək və cəhaləti silahlandırmaq üçün buradadır. Bu gün paytaxt binasının çirklənməsi, respublikanın laqeydliyi və yuxarıdan aşağı çəkişmənin məhsuludur. Korrupsiyalaşmış bir prezident və senatın xroniki simptomları indi tam qüvvədədir.
Bağışlayın, Co Bayden... Bu təlxək sizi istər-istəməz müharibə prezidenti etdi”.
Xatırladaq ki, dünyaca məşhur bir çox simalar Donald Trampa qarşı kampaniyaya başlayıblar. Onlar Trampı iğtişaşları təşkil etməkdə və Konqres binasına hücum edənlərə dəstək verməkdə ittiham edərək qınayıblar.
Ulduzlar sosial şəbəkələrdə post paylaşaraq Trampın ABŞ-da çevirilişə cəhd etdiyini vurğulayıblar. Onların arasında müğənni Pink, aktyor Saşa Baron Koen, komediya aktyoru Alek Bolduin, aktyor Ben Stiller, müğənni Selena Qomez, Cennifer Lopez və digərləri var.
Xalidə, Musavat.com






