İnsanlara hürriyət, millətlərə istiqlal!

CeyLo 9 ildən sonra ilk dəfə bu addımı atacaq

741 26.11.2022 20:24 Şou-biznes A A

Müğənni Cennifer Lopezin bir müddət əvvəl profil hesabında bütün fotolarını silib qara fondan istifadə etməsinin səbəbi ortaya çıxıb. O, doqquz ildən sonra ilk albomunun yeni buraxılışını elan edib.

Musavat.com Axşam.az-a istinadla xəbər verir ki, ifaçı bu barədə sosial media hesabında yazıb. O, 20 ildən sonra albomun yenilənmiş versiyasını əvvəlki və indiki görünüşü ilə müqayisə edərək açıqlayıb.

Belə ki, ümumilikdə albom 13 trekdən ibarət olacaq və 2023-cü ildə işıq üzü görəcək.

Xatırladaq ki, "This Is Me" adlı albomun ilk buraxılışı CeyLonun həyat yoldaşı, aktyor Ben Affleklə yarımçıq qalan ilk nişanı ərəfələrində olub.

Qeyd edək ki, Lopezin son studiya albomu "A.K.A." 2014-cü ildə təqdim olunub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR