İnsanlara hürriyət, millətlərə istiqlal!

Ceyhun Bayramov: “Qurani-Kərim”in yandırılması tamamilə qəbuledilməzdir”

323 31.07.2023 14:55 Siyasət A A

“Son həftələr ərzində İsveçdə, eyni zamanda Danimarkada silsilə olaraq “Qurani-Kərim”in yandırılması tamamilə qəbuledilməzdir və biz bunu qətiyyətlə pisləyirik”.

Musavat.com xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin xarici işlər naziri Hakan Fidanla birgə iştirak etdiyi mətbuat konfransı zamanı deyib.

“Biz hesab edirik ki, müxtəlif tərəflərin buna hər hansı izahat verməyə cəhd etməsi və bunu hər hansı formada insan hüquqları və söz azadlıqları ilə əlaqələndirməsi tamamilə yersizdir. Ümumilikdə 2 milyarda yaxın insanın hissləri oynamaq yolverilməzdir”, - deyə Azərbaycanın xarici işlər naziri bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR