"Bu günədək Azərbaycan Respublikası gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı çərçivəsində təhsil alan 20-dən çox məzun Təhsil Nazirliyində işlə təmin olunub".
Musavat.com xəbər verir ki, bu fikri təhsil naziri Ceyhun Bayramov deyib.
O, bildirib ki, Dövlət Proqramının məzunlarının işlə təmin olunması istiqamətində addımlar atılır: "Həmin məzunların böyük əksəriyyəti işlə təmin edilib. Məzunlar dövlət qurumlarına qəbul zamanı imtahanın birinci test mərhələsindən azaddırlar".
C.Bayramov qeyd edib ki, hər il yeni məzun olan tələbələrlə bağlı məlumatlar dövlət orqanlarına verilir: "Bir sıra hallarda dövlət orqanları özləri bizə bununla bağlı müraciət edirlər. Əgər əmək haqqı ilə bağlı məqamlar onları qane etmirsə, onlara digər yerlərdə iş tapmaq çətin olmayacaq".
Əli Rais,
Musavat.com






