Praqa şəhər məhkəməsi Çexiyanın müsəlman icmasının sabiq sədri Vladimir Sankanın üzərindən “Tövhidin əsasları” kitabının nəşri işi üzrə ittihamı tamamilə götürüb.
AZƏRTAC-ın məlumatına görə, hakimlər Vladimir Sankanın qanunu pozmadığı qərarına gəliblər. “İnsan hüquq və azadlıqlarının tapdanmasına yönələn hərəkatın yaradılması, dəstəyi və təbliğinə görə” onu 10 il həbs gözləyirdi.
Xatırladaq ki, Vladimir Sanka Bilal Filipsin bir çox Qərb ölkələrində qadağan edilmiş “Tövhidin əsasları – Tanrının islam konsepsiyası” kitabının tərcüməsi, nəşri və yayılması üzrə təqsirləndirilirdi. Çexiya DİN-in arayışında kitabın “tolerantlığı inkar edən və digər dinlərə nifrətə səsləyən sələfiliyi təbliğ etdiyi” qeyd olunur.






