İnsanlara hürriyət, millətlərə istiqlal!

Çexiyada keçirilən parlament seçkilərində "Birlikdə" koalisiyası qalib gəlib

221 10.10.2021 02:48 Dünya A A

8-9 oktyabr tarixlərində Çexiya Parlamentinin Deputatlar Palatasına (aşağı palata) keçirilən seçkilərdə "Birlikdə" koalisiyası qalib gəlib.

Musavat.com APA-ya istinadən xəbər verir ki, bunu Çexiya Statistika İdarəsi səslərin sayılması başa çatdıqdan sonra açıqlayıb. Koalisiya 27.79% səs toplayıb. Lakin Baş nazir Andrey Babişin rəhbərlik etdiyi "Narazı Vətəndaşların Aksiyası" hərəkatı 27,12 % səs yığsa da parlamentin aşağı palatasında təmsil olunan ən güclü partiyadır.

Hərəkat 200 deputat mandatından 72-nə, "Birlikdə" koalisiyası isə 71-nə sahib olacaq.

Qeyd edək ki, seçkilərdə seçici fəallığı 65,43 % olub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR