İnsanlara hürriyət, millətlərə istiqlal!

Çexiya məktəbində Azərbaycan müzakirəsi - Qarabağ, Laçın dəhlizi...

1017 18.05.2023 12:44 Son xəbər A A

Çexiyanın məşhur Planitse şəhərində yerləşən məktəbdə Azərbaycan haqda dərs keçirilib.

Musavat.com bildirir ki, 90 dəqiqəlik dərsdə Çexiyanın Azərbaycandakı keçmiş səfiri cənab Milan Ekert 8 və 9-cu sinif şagirdlərinə Azərbaycanla bağlı geniş informasiya verib. Diskussiya zamanı qonaq qismində şəhərin meri Zdenek Pavliçek də iştirak edib.

Keçmiş səfir ilk öncə bildirib ki, Planitse şəhər sakinləri Azərbaycan haqqında çox az və yaxud ümumiyyətlə heç bir məlumatlı olmasalar da, bu şəhər və burada doğulub, boya-başa çatmış, dünyaca məşhur ixtiraçı, “Çexiyanın Edisonu” adlandırılan Frantişek Krijik Azərbaycan, “Yeni Müsavat” oxucuları tərəfindən tanınır. Belə ki, “Yeni Müsavat” qəzetinin əməkdaşı Xalidə Gəray ötən il ilk azərbaycanlı jurnalist olaraq, Planitse şəhəri və məşhur ixtiraçının ev muzeyindən ətraflı reportaj hazırlayıb.

Daha sonra Azərbaycanın diplomatiyası, coğrafiyası, tarixi, maddi və mənəvi abidələrini əks etdirən videoçarx nümayiş olunub. Milan Ekert Azərbaycanın Qarabağ münaqişəsi, 10 noyabr bəyannaməsindən də söz açıb. Keçmiş səfir qeyd edib ki, Azərbaycan artıq öz ərazi bütövlüyünü təmin edib və Qarabağ erməniləri çox rahat, sərbəst surətdə, heç bir problem ol Laçın dəhlizindən keçib, hərəkət edirlər.
Diskussiya şagirdlər və iştirakçılar tərəfindən maraqla qarşılanıb. Sonda qeyd olunub ki, Azərbaycanın tanıdılması yönündə bu cür diskussiyalar davam edəcək.

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR