İnsanlara hürriyət, millətlərə istiqlal!

Cənubi Koreya təyyarələri Rusiya qırıcısına xəbərdarlıq atəşi açdılar - YENİLƏNİB

737 23.07.2019 14:59 Dünya A A

 

Rusiya Hərbi Hava Qüvvələrinin komandanlığı bəyan edib ki, rus hərbi qırıcısı Tu-95ms Cənubi Koreyanın hava məkanına girməyib və beynəlxalq ərazidə - Tokto (Takesima) adası rayonunda, Yapon dənizinin neytral suları üzərindəki hava məkanında plan üzrə uçuşlar həyata keçirib.

Qurum Cənubi Koreyalı hərbçilərin "xəbərdarlıq atəşi" barədə iddialarını da rədd edib: “Cənubi Koreya qırıcıları tərəfindən “heç bir xəbərdarlıq atəşi” olmayıb. Əgər Rusiya pilotları təhlükə hiss etsəydilər, dərhal cavab verərdilər”.

Yaponiya isə hər iki dövlətə - həm Rusiya, həm də Cənubi Koreyaya xəbərdarlıq edərək Takesima adasının tarixən ona məxsus olduğunu bildirib. Rəsmi Tokio bu ərazi üzərində hər hansı insidentin yolverilməz olduğunu da əlavə edib.

*  *   *11:36

Cənubi Koreya Respublikası Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsi Rusiya Hərbi Kosmik Qüvvələrini ölkənin hava məkanını pozmaqda ittiham edib.

Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, Komitə Rusiya hərbi təyyarəsinin Yapon dənizi istiqamətində ölkənin hava məkanını iki dəfə pozduğunu bildirib.

Rusiya təyyarəsinin Cənubi Koreyaya girməsi ilə əlaqədar rəsmi Seul havaya F-15K və F-16K qırıcılarını qaldırıb. Qırıcılar siqnal raketləri buraxıb və xəbərdarlıq atəşi açıblar. Rus təyyarəsi Cənubi Koreya hava məkanında 6 dəqiqə qaldıqdan sonra ölkə ərazisini tərk edib. Amma 18 dəqiqə sonra yenidən Cənubi Koreya hava məkanına daxil olub və bu dəfə burada 4 dəqiqə qalıb.

Cənubi Koreya Müdafiə Nazirliyi yaranan insidentlə bağlı Rusiya səfirinə Seulun etirazını çatdıracağını vurğulayıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR