İnsanlara hürriyət, millətlərə istiqlal!

Cənubi Koreya Milli Təhlükəsizlik Şurasının fövqəladə toplantısı keçirilib

360 20.03.2022 10:55 Dünya A A

Koreya Xalq Demokratik Respublikası Sarı dəniz istiqamətində atəş açması səbəbindən Koreya Respublikası Milli Təhlükəsizlik Şurasının fövqəladə iclasını keçirib.

“Report” TASS-a istinadən xəbər verir ki, məlumatı Cənubi Koreyanın “Yonhap” agentliyi yayıb.

Bildirilib ki, Şimali Koreya Pxyonan-Namdo əyalətindən Sarı dəniz istiqamətinə 4 mərmi atıb. Cənubi Koreya hərbçiləri etimal edir ki, mərmilər çoxsaylı buraxılış raket sistemindən atılıb.

“Biz döyüş hazırlığı vəziyyətimizi saxlayır və vəziyyəti diqqətlə izləyirik”, - Cənubi Koreyanın Müdafiə Nazirliyindən bildiriblər.

Bildirilib ki, şuranın toplatısı 30 dəqiqə sürüb. Toplantı iştirakçıları məsələni ABŞ-la əməkdaşlıq əsasında təhlil etmək barədə qərar qəbul ediblər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR