İnsanlara hürriyət, millətlərə istiqlal!

Cənub bölgəsində zəlzələ nəticəsində 3 ev qəzalı vəziyyətə düşüb, 150-yə yaxın tikilidə çatlar yaranıb

522 29.08.2018 16:28 Ölkə A A

Lerik, Lənkəran və Astara rayonlarında zəlzələ nəticəsində 150-yə yaxın evdə çatlar yaranıb.

"Report"un Cənub bürosunun məlumatına görə, avqustun 28-də Lerik rayonunda baş verən 5.1 bal gücündə zəlzələ nəticəsində dəyən ziyanın müəyyənləşdirilməsi istiqamətində rayon fövqəladə hallar komissiyalarına müraciətlər daxil olub.

Ümumilikdə, Lerik rayonunda 50-yə yaxın tikilidə kiçik və orta həcmli çatlar yaranıb. Ziyan dəyən evlərin əksəriyyəti köhnə, çiy kərpicdən olan tikililərdir.

Lənkəran rayonunda isə rəsmi məlumata görə 100-ə yaxın evə ziyan dəyib. Rayonun dağlıq yaşayış ərazilərində üç ev qəzalı vəziyyətə düşüb. Ən çox Rvo kənd inzibati dairəsinin Rvo, Mollakənd, Əşlə, Şovu kənd inzibati dairəsinə məxsus olan Siyablı, Şovu, Türkəkəran, Diryan, İstisu qəsəbəsindəki evlərə ziyan dəyib.

Bundan başqa, Astara rayonunda Lerik rayonu ilə qonşu olan dağ kəndlərində - Ovala, Miki, Siyəkü - 20-yə yaxın tikilidə irili-xırdalı çatların yaranması barədə xəbər verilib.

Hazırda rayon fövqəladə hallar komissiyaları işini davam etdirir.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR