“Bizdə qiymət qalxdısa, enməsi problemdir. Neft 62 dollar olanda da qiymətlər həmin səviyyədə qalır, aşağı düşəndə də... Ona görə də xahiş edirəm ki, İqtisdadi İnkişaf Nazirliyi məsələyə diqqət yetirsin”.
Deputat Yevda Abramov bunu Milli Məclisdəki büdcə müzakirələri zamanı söylədi. O, daha sonra Qonaqkənd-İsmayıllı yolu ilə bağlı məsələ qaldırdı: “Bu yol çəkilsə, 50-dən çox kəndin, 50 mindən artıq insanın rifahına təsir göstərəcək. Başıbəlalı Quba-Xaçmaz yolunu bir il əvvəl söküb-dağıdıblar. 300 min əhalinin yaşadığı iki rayon arasındakı yol Azərbaycanda yeganə bərbad yoldur. Qubada bəzi obyektlər açılışa hazırdır. Cənab prezident birdən bu yolu getsə, biz hansı vəziyyətdə qalacağıq?”
Y.Abramov Qubada hava limanının açılmasını da zəruri saydı: “Bir sıra qubalı uşaqların da şəxsi təyyarələrinin də Qubaya enəcəyini də vurğulasaq, bu hava limanının böyük fayda verəcəyini deyə bilərik. Həmçinin Təl-Əviv-Quba reysi də bura əlavə olunsa, deyə bilərik ki, aeroportun tikintisi yalnız fayda verəcək”.
E.PAŞASOY,
Musavat.com






