İnsanlara hürriyət, millətlərə istiqlal!

Çempionlar Liqasında qrup mərhələsinin digər oyunları keçiriləcək - Afişa

867 18.09.2019 13:44 İdman A A

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində I turun digər oyunları keçiriləcək.

"Report"un məlumatına görə, ikinci oyun günündə 4 qrupda 8 qarşılaşma baş tutacaq.

Türkiyənin "Qalatasaray" komandası Belçikada "Brügge" ilə üz-üzə gələcək. A qrupunun digər matçında Fransa PSJ-si İspaniya "Real Madrid"ini qəbul edəcək.

B qrupunun iddialı komandalarından Almaniya "Bavariya"sı Serbiyanın "Srvena Zvezda" kollektivi, İngiltərə "Tottenhem"i isə Yunanıstan "Olimpiakos"u ilə qarşılaşacaq.

C qrupunda "Dinamo" (Zaqreb, Xorvatiya) - "Atalanta" (İtaliya) və "Şaxtyor" (Donetsk, Ukrayna) - "Mançester Siti" (İngiltərə) matçları olacaq.

Nəhayət, D qrupunda İtaliya "Yuventus"u İspaniya "Atletiko"sunun, Rusiya "Lokomotiv"i isə Almaniya "Bayer"inin (Leverkuzen) qonağı olacaq.

Çempionlar Liqası

Qrup mərhələsi, I tur

A Qrupu

20:55. "Brügge" (Belçika) - "Qalatasaray" (Türkiyə)

23:00. PSJ (Fransa) - "Real Madrid" (İspaniya)

B qrupu

20:55. "Olimpiakos" (Yunanıstan) - "Tottenhem" (İngiltərə)

23:00. "Bavariya" (Almaniya) - "Srvena Zvezda" (Serbiya)

C qrupu

23:00. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Atalanta" (İtaliya)

23:00. "Şaxtyor" (Donetsk, Ukrayna) - "Mançester Siti" (İngiltərə)

D qrupu

23:00. "Atletiko" (Madrid, İspaniya) - "Yuventus" (İtaliya)

23:00. "Lokomotiv" (Moskva) - "Bayer" (Leverkuzen, Almaniya)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR