İnsanlara hürriyət, millətlərə istiqlal!

Çempionlar Liqası: “Qalatasaray” məğlub oldu (Yenilənib, FOTO)

1981 06.11.2013 01:39 İdman A A
Oyun bitdi. "Qalatasaray" 0:1 hesabı ilə məğlub oldu. Paralel qarşılaşmada isə "Yeventus" və "Real" heç-heçə oynayıblar. Beləliklə, "Qalatasaray" bi məğlubiyyətlə növbəti mərhələyə çıxmaq işini çətinə salmış oldu. 

***

00.40

“Qalatasaray”ın italiyalı baş məşqçisi “Kopengahen”i 3:1 hesablı məğlub edən heyətdə dəyişikliklər edib. İstanbuldakı oyundan fərqli olaraq, ilk 11-likdə Eray, Riera və Aydın yer alıb. Baş məşqçi 6 əcnəbi futbolçunu oynatmaq qərarına gəlib. Riera ilə yanaşı Melo, Droqba, Bruma, Çedjou və Eboue də meydandadır. Digər əcnəbilər Dani ve Amrabat isə ehtiyatda gözləyir.

38 min yerlik “Parken” stadionunda “Qalatasaray” azarkeşləri üçün ayrılmış 900 yer tamam dolub. Qarşılaşmaya Danimarkada yaşayan türklər də böyük maraq göstərirlər. Meydan sahibinin azarkeşləri üçün nəzərdə tutulan tribunalardan da yer alan “Qalatasaray” tərəfdarları Türkiyə klubunun lehinə şüarlar səsləndirirlər.

***

00.33

Qarşılaşmanın birinci hissəsi "Kopenhagen"in 1:0 hesablı üstünlüyü ilə başa çatdı.

Qrupdakı paralel qarşılaşmada isə "Yuventus" öz meydanında "Real"ı eyni hesabla məğlub edir. Meydan sahibləri penaltidən Vidalla fərqləniblər.

***

00.16

UEFA Çempionlar Liqasının 4-cü turuna start verilib. Musavat.com-un məlumatına görə, “Qalatasaray” Danimarkada “Kopenhagen”lə cavab oyununa çıxıb. 

Qarşılaşmanın ilk dəqiqələrində meydan sahibləri fərqləniblər. Bu dəqiqələrədək hesab dəyişməyib və “Kopenhagen” 1:0 hesabı ilə irəlidədir.

Qeyd edək ki, “Qalatasaray”ın bir neçə oyunçusu, o cümlədən, təcrübəli qapıçı Fernado Muslera zədə üzündən oyunda yoxdur.  

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR