Çempionlar Liqası: "Barselona" və PSJ növbəti mərhələnin bir addımlığında
Futbol üzrə Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına start verilib. ANS PRESS-in məlumatına görə, ilk oyun günündə 2 qarşılaşma keçirilib.
Fransa çempionu PSJ klubu Almaniyada Leverkuzen "Bayer"inin qonağı olub. PSJ Almaniyada özünü qonaq kimi aparmayıb, rəqibinə 4-0 hesabı ilə divan tutub.
Günün maraq doğuran oyunlarından biri Mançesterdə baş tutub. Belə ki, "Mançester Siti" "Barselona" ilə münasibətlərinə aydınlıq gətirib. Lionel Messili "Barsa" "şəhərlilər"ə səviyyəsini göstərib.
18 fevral
Çempionlar Liqası, 1/8 finalın ilk oyunları
23:45. "Mançester Siti" (İngiltərə) - "Barselona" (İspaniya) - 0:2
Qollar: Messi, 54-pen. (0:1), Alveş, 89 (0:2)
23:45. "Bayer" (Leverkuzen, Almaniya) - PSJ (Fransa) - 0:4
Qollar: Matudi, 3 (0:1), İbrahimoviç, 39-pen. (0:2), 42 (0:3), Kabaye, 88 (0:4)






