İnsanlara hürriyət, millətlərə istiqlal!

Çempion qızın faciəli ölümünə səbəb olan sürücüyə hökm oxundu - VİDEO, FOTOLAR

1903 20.11.2017 13:21 Kriminal A A

Çempion qızı maşınla vurub öldürən şəxsə hökm oxunub. O, əməlindən peşman olduğunu dedi.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində ölümə səbəb olan qəza törətməkdə təqsirləndirilən Əlifağa Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.

Əlifağa Məmmədov son sözündə əməlindən peşman olduğunu deyib: "Əgər mən bu hadisənin əvvəldən baş verə biləcəyini bilsəydim, inanın ki, öz canımı ortaya qoyardım. Artıq 55 il yaşamışam. O isə cavan, gənc bir insan idi. Övlad itkisinin nə olduğunu bilirəm. Onları nə əzab-əziyyətlə böyüdürük. Heç kim belə olmasını istəməzdi. Dövləti üçün, bayrağı üçün çox naliyyətlər göstərib. O qədər peşmanam ki... Ailəsindən, valideynlərindən, bütün yaxınlarından üzr istəyirəm. Məni bağışlayın".

Məhkəmə müşavirədən sonra hökmü elan edib. Hökmə əsasən Ə.Məmmədov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, qəza Zığ şossesində baş verib. Qəza zamanı azərbaycanlı idmançı, dağadırmanma, qayayadırmanma, buzadırmanma üzrə çempion Reyhan Məmmədova faciəvi şəkildə ölüb.

Xətai rayonu Zığ şosesində - SOCAR yanacaqdoldurma məntəqəsinin qarşısında Əlifağa Məmmədov idarə etdiyi "BMW" markalı, 90 XU 928 dövlət nömrə nişanlı maşınla yolu keçən 1995-ci il təvəllüdlü Reyhan Məmmədovanı vurub. O, aldığı xəsarətdən hadisə yerində ölüb.

İlkin Muradov,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR