İnsanlara hürriyət, millətlərə istiqlal!

Cəmiyyətdə etiraz doğuran aksiyanın “qəhrəmanı” niyə intihar etdi, kim məsuliyyətə alınacaq?

2955 11.03.2020 10:30 Gündəm A A

 

Baş Prokurorluq və DİN Aysel Ələkbərzadə ilə bağlı  birgə açıqlama yaydı; gənc qızları küçələrə kimlər çıxarırlar?

Bakıda keçirilən “8 Marş” adlı aksiyanın neqativ qəhrəmanı Aysel Ələkbərzadə intihara cəhd edib. O, intihardan öncə özünün facebook səhifəsində bununla  bağlı status yazıb və onu intihar həddinə çatdıranları günahlandırıb. Statusunda “İntiharımda  Libre (Ə.R: Nurlan Libre-jurnalist), Əsli (Ə.R:Əsli Əlizadə-Nurlan Librenin həyat yoldaşı-jurnalist) və Qurban ( Ə.R: Qurban Məmmədli-kitab satıcısı) günahkardır. Mənim üstümdə oyun oynadılar”- deyə, qeyd edən Aysel Ələkbərzadə  özünü yaşadığı binanın 2-ci mərtəbəsindən atıb.

Ayselin yaxın dostu Nurlan Cəfərinin verdiyi məlumata görə, hazırda Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsində müalicə alan xəstənin beyninə qan sızıb: “Sol ayağında sınıq var və yerə düşərkən beyin damarlarından birinin partlaması nəticəsində beyinə qan sızıb. Son və dəqiq diaqnoz budur. Gecə səhərəcən danışa bilməsə də, səhərə yaxın çox çətinliklə bir-iki kəlmə danışa bildi”.

A.Ələkbərova hadisədən əvvəl ile ilgili görsel sonucu

Məlumat üçün bildirək ki, statusunda adlarını çəkdiyi şəxslər Aysel Ələkbərzadənin öz yaxın ətrafıdır. Adları çəkilənlərdən Nurlan Libre bir neçə gün öncə status yazaraq, Aysel Ələkbərzadəni onun səsini yazıb, Avropada yaşayan AXCP fəallarına ötürməkdə günahlandırırdı. Eyni zamanda Əsli Əlizadə də eyni ittihamla bağlı status yazıb. Qurban Məmmədli də fərqli mövzuda Aysel Ələkbərzadəyə qarşı sosial şəbəkədə ittihamlar yazıb. Bütün bu ittihamlara Aysel Ələkbərzadə də sosial şəbəkədə cavab verib və qarşı tərəfə müxtəlif ittihamlar səsləndirib.

Baş Prokurorluğun və DİN-in yaydığı birgə açıqlamada bildirilir ki, martın 10-da saat 05:42-də 24 yaşlı işsiz Ələkbərzadə Aysel Elşən qızı tanışı Yusif İsayevlə spirtli içki qəbul edib kirayədə yaşadığı paytaxtın Yasamal rayonu ərazisindəki yüksək mərtəbəli binanın ikinci mərtəbəsində yerləşən mənzilin pəncərəsindən intihar məqsədilə özünü atıb.

Baş Prokurorluğun və DİN-in yaydığı birgə açıqlamada ile ilgili görsel sonucu

Açıqlamada bildirilir: “A.Ələkbərzadə kəllə-beyin və bir ayağının sınığı xəsarəti ilə Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsinə yerləşdirilmiş və hazırda vəziyyəti orta-ağırdır, müalicəsi üçün zəruri tədbirlər görülür.

Yasamal Rayon Prokurorluğunun və polis idarəsinin əməkdaşları tərəfindən A.Ələkbərzadənin yaşadığı evə məhkəmə-tibb ekspertinin iştirakı ilə baxış keçirilmiş, hadisə yerinə baxış keçirilərkən evdən 2 ədəd 1 litrlik “Kuller” markalı pivənin boş plastmas qabları, o cümlədən iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar götürülmüş və müvafiq prosessual hərəkətlər yerinə yetirilmişdir.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılmışdır.

İstintaq zamanı Yusif İsayev ifadəsində həmin gün səhər saatlarında Aysel Ələkbərzadə ilə pivə qəbul etdikdən sonra içkinin qurtarması ilə əlaqədar əlavə spirtli içki almaq üçün mağazaya gedib geri qayıtdıqda A.Ələkbərzadənin özünü mənzilin pəncərəsindən atmaq istəməsini görsə də, etdiyi səylərə baxmayaraq onun bu hərəkətinin qarşısını ala bilmədiyini göstərmişdir.

A.Ələkbərova hadisədən əvvəl ile ilgili görsel sonucu

A.Ələkbərova hadisədən əvvəl özünə məxsus facebook səhifəsində yaxın münasibətlərdə olduğu rəfiqəsi, onun həyat yoldaşı və digər tanışının adlarını çəkməklə onu özünü öldürmə həddinə çatdırmaları barədə martın 10-da saat 04:13-də məlumat paylaşmışdır.

İlkin istintaqla müəyyən edilmişdir ki, A.Ələkbərzadə martın 8-də Bakı şəhərində bir qrup feministlər tərəfindən təşkil olunan icazəsiz aksiyada fəal iştirak etmiş və aksiyada əlində tutduğu şüarda əks olunmuş fikirlərə görə bəzi sosial şəbəkə istifadəçilərinin ciddi ictimai qınağına məruz qalmışdır.

Hazırda cinayət işi üzrə bütün halların tam və hərtərəfli araşdırılmaqla bir qrup feminist tərəfindən təşkil olunan icazəsiz aksiyada iştirak etmiş A.Ələkbərzadəni intihar etməyə vadar edən təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək əməllərinə hüquqi qiymət verilməsi üçün zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir".

Onu da bildirək ki, Aysel Ələkbərzadə “8 Marş” aksiyasına əlindəki  plakatda yazılmış qadın cinsiyyət orqanına aid  qeyri-etik şüara görə əksər insanlar tərəfindən qınanırdı. Əksər ictimai şəxslər eyni sualı verirdilər-bu əxlaqsızlığı təbliğ edən və görünməyən şəxslər kimlərdir ? Gənc qızları küçələrə kimlər çıxarır?

Bu barədə sosial şəbəkələrdə də ciddi müzakirələr açılıb. Bir çox ictimaiyyətdə tanınan insanlar hesab edirlər ki, Qərbdən maliyyələşən bəzi şəxslər  gənc, hələ özlərini belə tam anlamayan qızların əli ilə cəmiyyəti hədəfə alıblar. Onlar ölkədəki əxlaqi dəyərlərə zərbə vurub, azərbaycanlıların özünə xas olan adətlərini unutmaları, Qərb dəyərlərinin ölkəni işğal etmələri üçün çalışırlar. Bu baxımdan heç şübhəsiz ki, Aysel Ələkbərzadə burada bir qurban, əsas günahkarlar isə təşkilatçılar hesab edilir. Onu da bildirək ki, Bakıda feminizmin təbliğatı ilə ilk məşğul olanlar sırasında jurnalist Xədicə İsmayıl da var.

Jalə Mütəllimova ile ilgili görsel sonucu

“Yeni Müsavat”a danışan jurnalist Jalə Mütəllimova bildirib ki, burada söhbət Azərbaycan qadınlarının hüquqlarını müdafiə etməkdən getmir: “Burada məsələ tamam fərqlidir. Biz bilirik ki, dünyada fahişəlik üzərindən qazanılan milyardlar, hətta narkotik üzərindən gələn pullardan da çoxdur. Bir qədər də bu, mənim üçün LGBT məsələdir. Əks halda, bu aksiyada erkən nikahlar qabardılardı. Nə üçün qadın cinsiyyət orqanı üzərindən şüarlar daha çox qabardılır? Burada bir dənə də təhsildən yayınan yeniyetmə qız uşaqları ilə bağlı məlumat görmədim. Statistik bir məlumat da səsləndirilməyib, ona yönəlik şüar yazılmadı. Burada hər şey cinsəllik üzərindən qoyulmuşdu. Buna görə mən hesab edirəm ki, ölkədə hansı sahələrdə boşluq varsa, bu, həmin sahələrdən xarici güclərin yapışması, qrantların alınmasına doğru atılan addımdır. Bu insanlar belə etirazlar edib, guya özlərinin ölkədə polis zorakılığına məruz qaldıqlarını qabartmaq istəyirlər. Ölkədə qadın hüquqlarının, azadlıqlarının bərbad vəziyyətdə olduğunu göstərmək istəyirlər. Düzdür, bizdə qadınların hüquqlarının pozulması məqamları var. Ancaq bu, cinsiyyətlə bağlı olan məqamlar deyil. Problemləri qaldırırsansa, bunu bir qadının cinsiyyət orqanına yönəltmək olmaz.

Biz hansı sahələri boş buraxırıqsa, bəzi xarici qüvvələr bu kimi şəxslərin əli ilə oradan hücuma keçirlər. Məsələn, din sahəsini boş buraxmışıq və bu istiqamətdən hücumla üzləşirik. Bizim artıq ailə, milli dəyərlərimizi laxladırlar. Çünki bu sahədə də bərbad vəziyyətdəyik, boşluqlar buraxmışıq. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu yöndə mənəvi terror olunmağımızın, indiki situasiyaya çıxmağımızın ən başlıca səbəbkarlardan biridir. Eyni gündə Rusiyada, Türkiyədə, Ukraynada, Qırğızıstanda, Moldovada bu cür aksiyalar, eyni tələblərlə reallaşdırılıb. Həmin aksiyalarda da qadın hüquqları ilə yanaşı LGBT məsələsi də qabardılıb. Ola bilməz ki, bir neçə ölkədə saat fərqi ilə LGBT və qadın seksual tələbləri ilə aksiya keçirilsin.  Mənə görə bir qadının azadlığı və hüququ onun cinsiyyət orqanından başlamır. Bu, xarakterdən, şəxsi azadlıqdan başlayır. Hesab edirəm ki, boş buraxdığımız sahələrdə bu kimi hücumlarla üzləşəcəyik və həmin sahələrdə bizim milli, mənəvi adətimiz belə terrora məruz qalacaq”.

Bu intihar hadisəsinə görə Aysel Ələkbərzadənin statusunda adını çəkdiyi şəxslər məsuliyyətə cəlb edilə bilərmi?

“Yeni Müsavat”a danışan hüquqşünas Əsabəli Mustafayev ile ilgili görsel sonucu

“Yeni Müsavat”a danışan hüquqşünas Əsabəli Mustafayev bildirib ki, araşdırma getməlidir ki, doğrudan da burada intihar həddinə çatdırma halı olub, yoxsa yox: “Hər sözdən ötrü intihar etmək də doğru deyil. Əgər kimsə hansısa sözə görə intihar edibsə, bunu ancaq istintaq müəyyən etməlidir ki, doğrundan da hadisədə intihara təhrik varmı. Eyni zamanda baxılmalıdır ki, qarşılıqlı təhqir, polemika varmı. Əgər qarşılıqlı bir şey varsa, bu zaman da bir tərəfi günahlandırmaq olmaz. Ona görə də ciddi istintaq aparılmalıdır. Məsələ olduqca qarışıqdır. Əgər bir tərəf yüngül söz deyib, digəri isə daha ağır təhqirlərdən istifadə edibsə, onun nüfuzunu, ləyaqətini zədələyibsə, bu, özünü öldürmə kimi qiymətləndirilə bilər. Yox, əgər eyni çəkili ifadələr işlədilibsə, birinin intihar etməsi özünü öldürmə kimi qiymətləndirilməyə bilər. Bu, mənim şəxsi fikrimdir. Qərarı isə istintaq verə bilər. İstintaqdan öncə hansısa qiyməti vermək doğru deyil. Əgər hər iki tərəf təhqirə yol veribsə, birini qoyub, digərini ittiham etmək də olmaz”.

Əli RAİS,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR