Laçın Azərbaycana təhvil verildi. Bundan sonrakı proseslər necə olacaq? Azərbaycanın 1 dekabrdan sonrakı hədəfləri nədir? Xankəndi, Xocalı, Ağdarə? Prezident dedi ki, Qarabağ münaqişəsi termini ortadan qalxıb. Azərbaycan yeni mərhələyə adladı. Bu mərhələdə nələr olacaq?
Türkiyə-Rusiya birgə müşahidə mərkəzinin yaradılması haqda razılıq da imzalandı. Mərkəz yaxın günlərdə fəaliyyətə başlayacaq. Bəs, Türkiyə hərbçiləri nə vaxt gələcək Qarabağa? Son durum necədi bununla bağlı?
Prezident İlham Əliyev xalqa son müraciətindən hansı mesajlar çıxır? Ermənilər o mesajlardan nə nəticə çıxarmalıdır?
Prezident İlham Əliyev yenə dedi ki, ermənilər özlərini yaxşı aparsalar, bizim ərazilərdə dinc qonşuluq münasibətində yaşaya bilərlər. Erməni faşizmi baş qaldırsa başlarını yenə əzəcəyik, söyləyib. Prezidnt artıq neçənci dəfədir ki, Ermənistan cəmiyyətinə mesajlar verir. Dəyərləndirəcəklərmi?
Bu və digər sualları bu gün saat 14.00-də tarixçi ekspert Telman Nüsrətoğlu ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilərlər. Bunun üçün Musavat.com-un Facebook və Youtube səhifələrindən birini bəyənib, suallarınızı ünvanlaya bilərsiz.
Youtube səhifəmizin ünvanı:
https://www.youtube.com/user/TVmusavat
Facebook səhifəmizin ünvanı:
https://www.facebook.com/NewMusavat/






