İnsanlara hürriyət, millətlərə istiqlal!

Cəlilabadda yaşayış binası qəzalı vəziyyətə düşdü: Sakinlər təxliyə edildilər

533 05.09.2022 16:29 Hadisə A A

Cəlilabadda yaşayış binası qəzalı vəziyyətə düşüb, sakinlər təxliyə ediliblər.

Bu barədə “Report”un Muğan bürosuna sakinlər məlumat veriblər.

Bildiriblər ki, təxliyə olunan sakinlər üçün yeni mənzillər tikilib istifadəyə veriləcək:

“Yeni evlər tikilənə qədər bizə kirayə pulu ödəniləcək. Uzun illər idi ki, qorxu içində yaşayırdıq. Bina qəzalı vəziyyətdə olmaqla yanaşı, həm də şəraitimiz çox acınacaqlı idi”.

Cəlilabad Rayon İcra Hakimiyyətinin Cəlilabad şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilən məlumata görə, bina yararsız olduğu üçün sakinlər üçün yeni yaşayış binası tikiləcək:

“Bina 43 il əvvəl tikilib. Qəzalı vəziyyətə düşdüyü üçün burada yaşamaq təhlükəlidir. Bununla bağlı aidiyyəti orqanlara məlumat verilmişdi. Nəticədə vətəndaşların kirayə mənzillərə köçürülməsinə icazə verilib”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR