Cəlilabadda KamAZ və VAZ avtomobilləri toqquşdu: iki nəfər xəsarət aldı - VİDEO
Cəlilabadda KamAZ markalı maşının səhvi qəzaya səbəb olub. 2 nəfər xəsarət alıb.
ANS Press xəbər verir ki, yol qəzası Cəlilabad rayonunun Qarazəncir kəndi ərazisində qeydə alınıb.
Lənkaran sakini Nurəddin Əliyev idarə etdiyi KamAZ markalı yük maşını ilə Astara istiqamətində hərəkətdə olarkən köməkçi yoldan magistral yola çıxmaq istəyən Cəlilabad rayonunun Sabirabad kənd sakini Ədalət Abışovun idarə etdiyi 'VAZ-2107' markalı avtomobili ilə toqquşub.
Nəticədə 'Jiquli'nin sürücüsü və avtomobildə olan sərnişinlər Məhbubə Qasımova, Aygün Cəfərova müxtəlif dərəcəli bədən xasarətləri alıb. Yaralılar Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
İlkin versiyaya görə qəza VAZ-2107-nin qəfil yük maşınının qarşısına çıxması səbəbindən baş verib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.






