İnsanlara hürriyət, millətlərə istiqlal!

Cəlilabad sakininin evindən 5 min manata yaxın pul oğurlanıb

615 31.10.2017 09:25 Hadisə A A

Cəlilabad rayonunda oğurluq hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, insident rayonun Şükürlü kəndində Əbülfəz Şəbiyevə məxsus evdə qeydə alınıb.

Zərərçəkmişin sözlərinə görə, həyətindəki mal-qaranı satdıqdan sonra 5 min manata yaxın pulu evin ikinci mərtəbəsindəki yatağın altına qoyub. Lakin səhəri gün pulu götürmək istədikdə onun yerində olmadığını görüb. Məlum olub ki, pullar, eləcə də evdəki qızıl-zinət əşyaları oğurlanıb.

Ə.Şəbiyev deyir ki, pulun mal-qaranın satıldığı gün oğurlanması hadisəni törədənlərin evə bələd adamlar olmasından xəbər verir.

Artıq Faktla bağlı Cəlilabad rayon Polis şöbəsinə də məlumat verilib.

Faktla bağlı araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR