İnsanlara hürriyət, millətlərə istiqlal!

Cəlil Məmmədquluzadənin nəticəsi: "Babamın Azərbaycanda bu qədər əhəmiyyətli şəxs olduğunu bilmirdim"

1221 18.11.2019 12:27 Mədəniyyət A A

"Cəlil Məmmədquluzadə haqqında məlumatım olsa da, onun Azərbaycanda bu qədər əhəmiyyətli və sevilən şəxs olduğunu bilmirdim".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Cəlil Məmmədquluzadənin Bakıya qonaq gələn nəticəsi Martin Cavanşiri deyib.

O bildirib ki, C.Məmmədquluzadən ev muzeyinin təmirdən sonra açılışında iştirak etmək onun üçün ifadə olunmaz bir hissdir: "Ümumiyyətlə, Azərbaycanda ilk dəfədir ki, səfərdəyəm. Ümid edirəm, səfərimiz davamlı olacaq. Mən Azərbaycana heyran oldum. Azərbaycan haqqında təəssüratlarım belədir ki, ölkə həm müasirdir, həm də ənənələrə, mədəniyyətə bağlı olan ölkədir".

M.Cavanşiri yaşadığı Polşada mühəndis işlədiyini bildirib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR