Gürcüstanda Rusiya işğalçılarına qarşı mübarizə aparan və daha sonra Avropaya mühacirət etməyə məcbur qalan, 2019-cu ilin avqustunda Berlini mərkəzində öldürülən Zəlimxan Xanqoşvilinin qətli ilə bağlı yeni təfərrüatıar ortaya çıxmaqdadır.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Almaniyanın “Der Spiegel”, “The İnsider” saytı və “Bellingcat” araşdırma qrupu birgə məlumat yayıb.
Verilən informasiyada Z. Xanqoşvilini öldürən şəxsin FTX-nin xüsusi təyinatlı bazasında təlim keçdiyi qeyd olunur.
Araşdırma müəllifləri çeçen mübarizi öldürdüyü güman edilən Vadim Krasikovun telefonundakı məlumatlara çıxış əldə etdiklərini bildirirlər. Buna görə V.Krasikov 2019-cu ildə dəfələrlə FTX-nin Moskvanın Balaşixa rayonunda yerləşən mərkəzinə (35690 saylı hərbi hissə) gedib. Sonuncu dəfə o, həmin mərkəzdə avqustun 8-də yəni qətl hadisəsindən cəmi bir neçə gün qabaq olub.
Bundan başqa Krasikovun ən az iki dəfə Moskvada Vernnadski prospekti 12 ünvanına baş çəkdiyi bildirilir. Məlum olduğu kimi burada Federal Təhlükəszilik Xidmətinin milli antiterror və analitika mərkəzi yerləşir. Burada ona Berlin səyahəti üçün yalançı pasport alması üçün Bryanska getməsi əmr olunub.
Vadim Krasikov özü vastilə 2007-ci ildə Kareliya vilayətinin Kostomuşka şəhər şurasının deputatı Yuri Kozlovun, habelə 2013-cü ildə Moskvada biznesmen Andrey Nazarovun öldürülməsinə görə azadlıqdan məhrum edilib və nədənsə vaxtından öncə həbsdən buraxlıb.
Təhqiqatçılar Vadim Krasikovun FTX ilə sıx bağlantıları olan “Vımpel” “xeyriyyəçi” fondunun rəhbəri, xüsusi xidmət orqanlarının veteranlarından Eduard Benderski ilə sıx kontaktda olduğunu müəyyənləşdiriblər. Eduard Benderski həm də Rusiya-İran biznes şurasının da sədridir və onun şirkətləri İraqdakı neft obyektlərinin mühafizəsi üzrə eksklüziv sazişlər əldə edib.
E.Benderskinin kürəkəni Maksim Yakubets isə məşhur hakerdir. ABŞ Federal Təhqiqatlar Bürosu onun yaxalanması üçün 5 milyon dollar pul mükafatı vəd edib. Maksim Yakubetsin də FTX-nin agenti olduğu qeyd edilir.
Musavat.com






