İnsanlara hürriyət, millətlərə istiqlal!

CƏBHƏÇİ GƏNCİN TUTULMASININ SƏBƏBİ AÇIQLANDI

1376 08.03.2011 09:29 Ölkə A A
Ə.Mustafayev real situasiyanın Nəsimi Rayon Məhkəməsinin çıxardığı qərarda göstəriləndən tamamilə fərqli olduğunu bildirib. O, Nəsimi Rayon Məhkəməsinin qərarından apelyasiya şikayəti veriləcəyini deyib: “Qərarda bildirilir ki, Dəyanət martın 4-ü saat 11-də Milli Bankın qarşısında mobil telefonla bərkdən danışa-danışa gedirmiş və söyüş söyürmüş, polis əməkdaşları yaxınlaşıb ictimai asayişi pozduğuna görə irad bildirəndə o, müqavimət göstərib və buna görə də tutularaq polisə aparılıb. Dəyanət isə internet klubdan onu üç nəfər mülki geyimli şəxsin tutub apardığını, həmin şəxslərin kimlərləsə telefonla məsləhətləşdikdən sonra onu Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis bölməsinə apardıqlarını deyir”.
D.Babayev bildirib ki, avtomobildə aparıldığı zaman nəyə görə tutulduğu ilə maraqlanıb, onu tutanlar bunu müxalifətin martın 12-nə planlaşdırdığı mitinqlə izah ediblər: “Bölmədə polis işçilərinə təhvil verildikdən sonra indiyə kimi üzünü görmədiyi üç polis əməkdaşı Dəyanətin üzünə durub. Polislər Dəyanətin guya onları təhqir etdiyini bildiriblər. İş protokollaşdırılıb və ona müdafiə imkanı tanınmayaraq özləri vəkil seçərək işi məhkəməyə göndəriblər. Apelyasiya şikayətində Dəyanət Babayevin müdafiə hüququnun pozulması, prosesin saxta keçirilməsi, saxlanma təcridxanası rəhbərliyinin martın 6-da vəkilə görüş imkanı yaratmaması kimi məqamlar əksini tapacaq”.
Qeyd edək ki, Dəyanət Babayev martın 4-ü axşam saatlarında yoxa çıxmış, sonradan onun barəsində inzibati həbs seçildiyi məlum olmuşdu.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR