İnsanlara hürriyət, millətlərə istiqlal!

Çavuşoğludan Papaya sərt cavab

3443 12.04.2015 22:44 Gündəm A A

Roma papası Fransiskin “erməni soyqırımı” barədə dediklərinə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu sərt cavab verib. 

Monqolustanda səfərdə olan Mövlud Çavuşoğlu "Twitter"dən Roma Papasının dediklərinə münasibət bildirib:

"Papanın tarixi və hüquqi gerçəklərdən uzaq bəyanatı qəbuledilməzdir.

Dini məqamlar əsassız ittihamlarla kin və nifrəti qızışdırmaq yeri deyildir". 

Qeyd edək ki, Vatikanın Ankaradakı səfiri Antonio Lucibello Türkiyə Xarici İşlər nazirliyinə cağrılaraq ondan Roma Papasının qondarma erməni söyqırımı barədə dediyi fikirlərinə görə izahat istənilib. 

Bu gün Romadakı Müqəddəs Pyotr kilsəsində ənənəvi mərasimdə Fransisk çıxış edərək bildirib ki, “erməni soyqırımı”nı XX əsrin ilk soyqırımı adlandırıb.

Mərasimdə Ermənistan prezidenti Serj Sarkisyan və erməni din adamları da iştirak edib.

Mənbə
ANS PRESS 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR