İnsanlara hürriyət, millətlərə istiqlal!

Çavuşoğlu Rusiyanı əlaqə kanallarını açıq saxlamağa çağırdı

1241 03.12.2015 22:39 Region A A

Rusiya ilə problemi bir görüşlə həll eləmək real deyil. Musavat.com-un xarici qaynağa istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla Belqradda ATƏT tədbiri çərçivəsində keçirdiyi görüşdən sonra bildirib.

Türkiyə XİN başçısı eyni zamanda Rusiyanı iki ölkə arasında əlaqə kanallarını açıq saxlamağa çağırıb. Bundan öncə o, Kremli “Su-24” təyyarəsi ilə bağlı insidenti İŞİD-lə mübarizə ilə əlaqələndirməməyə səsləmişdi. 

Rusiya XİN başçısı Sergey Lavrtob isə türkiyəli həmkarı ilə görüşdə məsələ ilə əlaqədar yeni bir şey eşitmədiyini söyləyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR