İnsanlara hürriyət, millətlərə istiqlal!

Çavuşoğlu: "Rusiya kübrəsinin ixracatı üçün maneənin aradan qalxmasına da yardım etdik”

329 28.07.2022 18:04 Region A A

“Ukraynada müharibənin qarşısını almaq üçün Prezident Rəcəb Tayyib Ərdoğan əlindən gələni etdi”.

 Musavat.com “Report”a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili ilə keçirdiyi birgə brifinqdə deyib.

“Təkcə Ukrayna taxılının deyil, Rusiya kübrəsinin ixracatı üçün maneənin aradan qalxmasına da yardım etdik”, - M.Çavuşoğlu vurğulayıb.

Onun sözlərinə görə, İstanbuldakı tənzimləmə mərkəzi bu prosesi yaxından izləyəcək.

Nazir qeyd edib ki, hazırda Rusiya ilə Ukrayna arasında atəşkəsə nail olmağa çalımaq lazımdır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR