Türkiyənin xarici işlər naziri Mövlud Cavuşoğlunun ABŞ dövlət katibi Mayk Pompeo ilə telefon söhbəti olub.
APA-nın yerli bürosundan verilən məlumata görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.
Tərəflər arasında söhbətin mövzusu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 13 noyabrda ABŞ-a səfəri və İnterpolun qırmızı bülletenlə axtarışında olan, Məzlum Kobani kod adlı terrorçunun Türkiyəyə geri verilməsi olub.






