İnsanlara hürriyət, millətlərə istiqlal!

Cavidan Novruzdan “Komedixana”dan gedən aktrisaya sərt sözlər: “Allah belindən vuracaq… “- QALMAQAL

8577 12.01.2023 17:15 Şou-biznes A A

 

Aktyor Cavidan Novruz Firuzə Balayevanın “Komedixana” haqda qalmaqallı açıqlamasına münasibət bildirib. 

Musavat.com bildirir ki, aktyor öz “İnstagram” səhifəsində ad çəkmədən qeyd edib:

“Mənə inanın ki, yaxşı at özünə qamçı vurdurmaz! Problemli insan hər yerdə problemlidir və belə də yaşayacaq. O ki qaldı, ağıllı olmayıb ağıllı yerdə görünmək istəyənlərə... İnsana deyərlər ki, özündə zərrə qədər ağıl yoxdursa, hansı cəsarətlə ağıllı yerdə, ağıllı adamlarla işləmək tələbini edirsən? İnsanın ki, çörəyi dizinin üstündədirsə, Allah hər zaman belindən vuracaq. Hər şeydə uğursuz, yarımçıq olacaqlar”. 

Xatırladaq ki, aktrisa Firuzə Babayeva “Komedixana”dan ayrıldığını və bir daha geri qayıtmayacağını  açıqlamışdı:

“Mənim ağıllı adamlarla deyil, sənədən başı çıxmayan adamlarla problemim olur. O ki qaldı geri qayıtmağa, adam getdiyi yerə necə qayıtsın? Danmıram, 3 ildən çox orada işləmişəm, oranın pulu ilə dolanmışam, az-çox tanınmışam. Bunları ayaq altına ata bilmərəm. Sadəcə mən özümə hörmət edib, çıxmaq qərarını verdim”.

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR