“Azərbaycan hökuməti Fransaya ATƏT-in Minsk qrupunun həmsədri kimi etimadsızlıq göstərməlidir”. Deputat Cavanşir Feyziyev bu fikirləri Milli Məclisin plenar iclasında söylədi. Deputat qeyd etdi ki, Azərbaycan hökuməti tərəfindən Fransanın Minsk Qrupunun üzvü olan digər ölkələrin biri ilə əvəzlənməsi istənilməlidir: “Hesab edirəm ki, bu çox düzgün olar”.
C.Feyziyev qeyd etdi ki, Fransa mediasında Qarabağdakı hadisələri obyektiv şərh edən siyasətçi və jurnalistlərə qarşı ciddi təzyiqlər var. Deputat bütün bu təzyiqlərə son veriləcəyinə ümid etdiyini də bildirdi: “Fransanın münaqişə ilə bağlı qızışdırıcılıq siyasəti qəbuledilməzdir. Təklif edirəm ki, Azərbaycan dövləti Minsk Qrupuna daxil olan Fransanın başqa bir dövlətlə əvəz olunması üçün müraciət etsin”.
E.Paşasoy,
Musavat.com






