İnsanlara hürriyət, millətlərə istiqlal!

Cavad Zərif husilərin Səudiyyə Ərəbistanının zavodlarına necə hücum etdiyini anlatdı

874 23.09.2019 15:07 Dünya A A

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Yəmən üsyançı husilərin Səudiyyə Ərəbistanının neft emalı zavodlarına xüsusi texnologiyaların köməyi ilə hücum etdiyini bildirib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, İran diplomatiyasının başçısının sözzlərinə görə, husilər özləri həmin obyektlərə endiriləcək raketlərin radius ölçülərini müəyyən edə biliblər.

İranlı nazir Yəmən üsyançılarının hərbi vasitələri keçmiş prezident, hakimiyyətdə olduğu uzun dövr ərzində Səudiyyə Ərəbistanından silah alan Əli Abdullah Salehdən aldığını söyləyib.

Bundan başqa, İran rəsmisi döyüşən husilərin “nou-hau” texnologiyalarına sahib olduğunu və öz silahlarını hər zaman təkmilləşdirməyə imkanları çatdığını vurğulayıb.

Məhəmməd Cavad Zərif Səudyyə Ərəbistanının bu vaxta qədər hələ də rəsmi Tehranın hücumda əli olması barədə hər hansı bir dəlil ortaya qoya bilmədiyini qeyd edib.

Bu arada Böyük Britaniyanın baş naziri Boris Conson İran əleyhinə kəskin çıxış edib. BMT Baş Assambleyasının sessiyasında iştirak etmək üçün Nyu-Yorka hərəkət edərkən jurnalistlərin suallarını cavablayan ingilis hökumətinin başçısı zərurət yaranacağı halda Londonun rəsmi Tehrana qarşı fəaliyyəti dəstəkləyəcəyini bildirib.

Boris Conson Böyük Britaniyanın İrana qarşı hərbi əməliyyatları istisna edib-etmədiyi barədə suala cavab olaraq rəsmi Londonun ABŞ-ın Səudiyyə Ərəbistanı üzrə təkliflərini diqqətlə incələyəcəklərini söyləməklə kifayətlənib. Bununla bərabər, o, İran prezidenti Həsən Ruhani ilə görüşəcəyini medianın diqqətinə çatdırıb.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR