İnsanlara hürriyət, millətlərə istiqlal!

“Canlı debat”da Rusiya-Ukrayna davası: Nəzakət Məmmədova ilə Əhəd Məmmədli qarşı-qarşıya  

1726 29.03.2022 13:49 Gündəm A A

Rusiyada hakim elita üzvlərinin böyük əksəriyyəti Ukraynadakı müharibə ilə bağlı ötən ay baş verən hadisələrə görə prezident Putini günahlandırır. Onlar da Rusiya Federasiyasını tərk etmək istəyirlər, lakin “məcburi vətənpərvərlik” səbəbindən artıq bunu edə bilmirlər.

Bu fikirləri rusiyalı müxalif siyasətçi və jurnalist İqor Yakovenko səsləndirib.

Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin Ukraynada hər şeyin plan üzrə getdiyinə əmindir.

“Mən əminəm ki, ən yüksək dövlət məmurlarının böyük əksəriyyəti hər şeyi fevralın 24-nə qədər, hətta ondan əvvəl, keçən il yanvarın 15-nə qədər geri qaytarmaq istərdi ki, bunların heç biri baş verməsin. Putinin başındakı dəlilik nəticəsində ölkə bu günə qalıb. Rusiya Federasiyasının adi vətəndaşlarının əksəriyyəti Rusiya ordusunun Ukraynadakı böyük itkiləri haqqında bilmir və həmçinin Rusiyaya qarşı iqtisadi sanksiyaların mənfi nəticələrinin müvəqqəti bir fenomen olduğuna əmindirlər. Artıq Putin müharibənin başlatmasına görə peşmandır. Həqiqətən, itkilər inanılmazdır. Çeçen müharibəsinin, yaxud Əfqanıstan müharibəsinin, hətta İkinci Dünya Müharibəsinin eyni dövrləri ilə müqayisədə bu gün itkilər ölçüyəgəlməz dərəcədə çoxdur. Dövlət Dumasının "Vahid Rusiya" fraksiyasından olan deputatlarına ölkəni tərk etmək də qadağandır”,- deyə rusiyalı siyasətçi vurğulayıb.

Rusiya-Ukrayna müharibəsinin 34-cü günündə ümumi vəziyyətin təhlili, tərəflərin üstünlüyü ilə bağlı müzakirə edəcəyik. Müzakirədə politoloq Nəzəkət Məmmədova ilə Ağ Partiyasının sədrinin birinci müavini Əhəd Məmmədli iştirak edəcək.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

 

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR