Bu gün musavat.com saytının Facebook və youtube platformalarında həyata keçirdiyi "Canlı debat"da yenə iqtidar-müxalifət nümayəndələrinin fikir mübadiləsi öz əksini tapacaq.
Hökumətyönlü jurnalist-siyasi şərhçi Vüsal Məmmədovla Ağ Partiya sədrinin müavini Əhəd Məmmədli ölkə gündəmini müzakirə edir. Bundan başqa, Azərbaycan müxalifəti ilə iqtidarı arasında bənzər və fərqli cəhətlər barədə danışılacaq. Hansı cinah daha demokratikdir?
Hazırda başlayan bu müzakirədə dinləyicilərimiz də iştirak edə bilərlər.
Bunun üçün musavat.com -un Facebook, ya da Youtube səhifələrindən birini bəyənib (like edib), canlı yayına qatila bilərsiniz.
Youtubedəki səhifəmizin ünvanı: https://www.youtube.com/user/TVmusavat
Facebookdakı səhifəmizin ünvanı: https://www.facebook.com/NewMusavat/
Musavat.com






