Bu gün musavat.com saytının Facebook və youtube platformalarında həyata keçirdiyi "Canlı debat"da Moskvada həbs olunan və son anda Azərbaycana deportasiyası baş tutmayan jurnalist Fuad Abbasovun durumu müzakirə olunub. Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli ilə politoloq Nəzakət Məmmədova ümumi vəziyyəti təhlil edib və çıxış yolları və versiyalar barədə danışıb. Ali məktəblərə qəbul zamanı 700 bal toplayanların say azlığı, bununla bağlı yaranan mübahisələr barədə də danışılıb.
Keçirilən müzakirədə dinləyicilərimiz də aktiv iştirak edib.
Bunun üçün musavat.com -un Facebook, ya da Youtube səhifələrindən birini bəyənib (like edib), canlı yayına qatila bilərsiniz.
Youtubedəki səhifəmizin ünvanı: https://www.youtube.com/user/TVmusavat
Facebookdakı səhifəmizin ünvanı: https://www.facebook.com/NewMusavat/
Musavat.com






