İnsanlara hürriyət, millətlərə istiqlal!

Canan Karatay dönərə görə məhkəməyə verildi

945 13.12.2019 20:38 Maraqlı A A

Məlum olduğu kimi bu günlərdə türkiyəli kardioloq Canan Karatay son illərin ən çox istifadə edilən və ucuz qiymətə satılan yeməyi dönərlə bağlı ciddi xəbərdarlıq etmişdi. 

O, ucuz satılan ətlərin tərkibində zərərli qatqı maddələri və palma yağlar olduğunu demişdi: “Bir məsəl var: ucuz ətin şorbası olmaz. Əgər bir yemək ucuzdursa, onun içində zərərli qatqı maddələri də var deməkdir. Toyuq dönərinə isə tamamilə qarşıyam. O heç toyuq əti də deyil. Ürəyiniz dönər istəyirsə, güvəndiyiniz və ucuz satılmayan yerlərə gedin”. 

Canan Karatayın bu açıqlamasından sonra Türkiyədə dönər satışı 30 faiz aşağı düşüb. Buna görə Türkiyənin Restoranlar və Turizmçilər Dərnəyinin rəhbəri Ramazan Bingöl həkimi məhkəməyə verib. Dərnək rəhbəri Canan Karatayın qiymətlərə təsir göstərdiyinə görə cəzalandırılmasını istəyib. 

Xalidə Gəray,
Musavat.com 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR