İnsanlara hürriyət, millətlərə istiqlal!

Camal Qaşıqçının ölümü ilə bağlı yoxa çıxmış avtomobil tapılıb - FOTO

1649 22.10.2018 17:36 Son xəbər A A

Jurnalist Camal Qaşıqçının ölümü ilə bağlı yoxa çıxmış “Mercedes” markalı avtomobil tapılıb.

“Report” “Hürriyet”ə istinadən xəbər verir ki, avtomobilin sürücüsü Baş Konsulluqda vəzifə daşıyan Türkiyə vətəndaşıdır.

Maşın C.Qaşıqçının itkin düşmüş sayıldığı günlərdə İstanbulun Sultanqazi rayonundakı avtomobil dayanacağında tapılıb.

Konsulluğa məxsus avtomobil olduğundan axtarış aparılmayıb.

Qeyd edək ki, oktyabrın 2-də jurnalist Camal Qaşıqçı Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunun binasında öldürülüb. Krallıq onun qətlə yetirildiyi ilə bağlı açıqlama vermirdi. Ancaq oktyabrın 20-də Səudiyyə Ərəbistanı rəsmi olaraq, jurnalistin Konsulluğun binasında öldürüldüyünü etiraf edib. Kral Salman və vəliəhd şahzadə Məhəmməd bin Salman Camal Qaşıqçının ailəsinə başsağlığı verib.

Məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 23-də Camal Qaşıqçının qətli ilə bağlı bütün həqiqətləri açacağını bildirib. O, oktyabrın 22-də bu məsələni ABŞ Prezidenti Donald Trampla müzakirə edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR