İnsanlara hürriyət, millətlərə istiqlal!

Buzovnada 6 yaşlı qızı it qapıb - YENİLƏNİB

594 16.06.2019 02:00 Ölkə A A

Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində daha bir nəfəri it dişləyib.

"Report" xəbər verir ki, Rasim İmanov küçəsində yaşayan 2013-cü il təvəllüdlü Mirzəyeva Xədicə Emil qızı sahibsiz itin hücumuna məruz qalıb.

Uşaq valideynlərinin köməkliyi ilə xəstəxanaya yerləşdirilib. Ona quduzluq əleyhinə vaksin vurulub.

****

Bakının Xəzər rayonunun itdişləmə hadisəsi qeydə alınıb.

"Report" xəbər verir ki, 1993-cü il təvəllüdlü Rüstəmzadə Nadir Niftulla oğlu Buzovna qəsəbəsində sahibsiz itin hücumuna məruz qalıb.

O, sol budunun və sağ baldırın 1/3 hissələrinin dişlənmiş yaraları ilə 3 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib. Orada xəstəyə ilkin yardım göstərilib və hazırda aidiyyəti üzrə müalicəsi davam etdirilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR