İnsanlara hürriyət, millətlərə istiqlal!

Bürclər (27 may)

7326 27.05.2015 00:29 Astrologiya A A
QOÇ - İxtiyarınızda olan bu bazar günündə heç bir narahatçılığınız gözlənilmir. İşgüzar sövdələşmələrdə iştirak etsəniz, iyunun gəlişinə qədər hansısa probleminiz yaranmayacaq. Pulla bağlı ehtiyatlı olun.

BUĞA - Havaların istiləşməsi sizə mənfi təsir göstərməkdədir. Odur ki, var gücünüzlə sağlamlığınızı qoruyun. Nahardan sonra şəxsi işlərinizdə böyük dəyişikliklər mümkündür.

ƏKİZLƏR - Yaxşı olar ki, bürcünüzün “hakim” olduğu bu ərəfədə hisslərinizi cilovlayasınız. Əks təqdirdə, arzulamadığınız qalmaqala tuş gələcəksiniz. Yeni əlaqələr uğurdan xəbər verir.

XƏRÇƏNG - Ulduzların düzümü səfərə çıxmaq üçün münasib vaxt olduğunu bildirir. Maddi durumunuz imkan verirsə, bundan imtina etməyin. Ətrafınızda olan insanları real qiymətləndirməkdə yanılmayın. 

ŞİR - Pulla bağlı problemləriniz olsa da, qalan məsələlərdə ovqatınız xoş olacaq. Xüsusən də münasibətlər zəminində cərəyan edənlərdən rahatlıq tapacaqsınız. Uzaq yola çıxmayın.

QIZ - Günün təhərindən asılı olmayaraq özünüzü bütünlüklə fəaliyyətə həsr etməlisiniz. Münasibət və alqı-satqı məsələlərinə isə həvəs göstərməyiniz məqsədəuyğun deyil. Axşam işgüzar söhbətlər aparmaq sizə səmərə verəcək.

TƏRƏZİ - İxtiyarınızda olan bu təqvim sizə düşərli olacaq. Çünki ulduzlar xoş ovqat və qazanc əldə edəcəyinizi bildirir. Oturaq işlərə çox da həvəs göstərməyin. Aktivliyinizi artırın.

ƏQRƏB - Özünüzü lovğa və ya təkəbbürlü aparmayın. Bu gün sizə sadə görünmək lazımdır. Bu yolla özünüzə qarşı rəğbət oyada bilərsiniz. Günortadan sonra qarşınıza yaxşı adamlar çıxacaq.

OXATAN - Bəri başdan nəzərinizə çatdıraq ki, bu gün başlıca vəzifəniz sağlamlığınızı qorumaq olmalıdır. Digər məsələlərə isə ciddi yanaşmağa ehtiyac yoxdur. Əsas gücünüzü istirahətə verin.

OĞLAQ - İkitərəfli əməkdaşlıq çox uğurludur. Artıq adamlar planlarınızı poza bilər. Tanınmış şəxslərlə əlaqələrinizi dərinləşdirin. Günün ikinci yarısında yeni simalarla görüşləriniz mümkündür. 

SUTÖKƏN - Təzadlı bir gün yaşayacaqsınız. Ətrafınızda cərəyan edən situasiyalar gah müsbət, gah da mənfi istiqamətə yönələ bilər. Belə məqamlarda dostlarınızla birgə olmağa çalışın.

BALIQLAR - Sürprizlərlə dolu bir gün yaşayacağınız güman olunur. Ola bilsin ki, bu təqvim taleyinizin ən yaddaqalan tarixinə çevrilsin. Hər cəhətdən buna hazırlaşın. Soyuqqanlı olun.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR