İnsanlara hürriyət, millətlərə istiqlal!

"Bunun qarşısını almasaq, ağır nəticələrlə üzləşə bilərik" - Bahar Muradova FOTO

479 12.03.2024 11:45 Ölkə A A

"2021-ci ildə 2 363 qohum evliliyi qeydə alınıb. Onların 204-ü boşanma ilə nəticələnib. 2022-ci ildə isə 2 542 qohum evliliyi olub, 608 boşanma qeydə alınıb". 

Musavat.com xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova qohum nikahları ilə bağlı ictimai müzakirədə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, nikahdan öncə tibbi müayinə tələbi qoyulmaqla yaxın qohum evliliklərinin və şikəst uşaqların doğulmasının qarşısı alındı:

"Ailə Məcəlləsinin 12 maddəsi yaxın qohumlar arasında nikahı qadağan edir. Bu, baba və nənəsi, ata və anası eyni olan övladları nəzərdə tutur. Azərbaycanda bu məsələ daha çox ənənələrə söykənir. Övladlarının sağlamlığını düşünməyən insanların münasibətlərində həmişə problem yaranır. Bu kimi problemlər hansısa cinayət hadisəsi ilə nəticələnməsə belə, ciddi fəsadlara səbəb olur. Məsələ hökumətin də diqqətindədir".

Komitə sədri əlavə edib ki, 2015-ci ildə Ailə Məcəlləsinə dəyişiklik edilib, nikahdan öncə tibbi müayinə tələbi qoyulub:

"Tətbiq ediləndə problemlərə səbəb olacağı deyilsə də, normal tətbiq edildi və şikəst uşaqların doğulmasının qarşısı alındı".

B.Muradova əlavə edib ki,  burada əsas məsələ qanunvericilikdə dəyişikliklərin edilməsidir:

"Qohum evliliklərin qarşısı alınmalıdır. Düzdür, narazılıqlar olacaq. Qadağaların dairəsi genişlənməlidir. Bunun qarşısını almasaq, ağır nəticələrlə üzləşə bilərik".

Afaq Mirayiq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR