İnsanlara hürriyət, millətlərə istiqlal!

Bundestaq üzvü: “Almaniya həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib

395 17.09.2015 14:44 Son xəbər A A
“Almaniya həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və bütün münaqişələrin sülh yolu ilə həllinə tərəfdardır”.

Milli Məclisdən APA-ya verilən məlumata görə, bunu Bakıda səfərdə olan Almaniya Bundestaqının nümayəndə heyətinin rəhbəri Manfred Zöllmer parlamentdə keçirdiyi görüşdə bildirib. O deyib ki, Almaniya 2016-cı ildə ATƏT-ə sədrliyi dövründə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əlindən gələni əsirgəməyəcək.
 
Qonaq həmçinin qeyd edib ki, Azərbaycanla Almaniyanın oxşar cəhətləri çoxdur və onlar eyni iqtisadi maraqları bölüşürlər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR